"Hüseynoglu Residence" MTK yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozduğu üçün cərimələnib.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.4 (Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş ASC ilə bağlı müraciətə baxılıb.
Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Amma cərimənin məbləği açıqlanmayıb.
Qeyd edək ki, "Hüseynoglu Residence" MTK 2019-cu ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Fuad Bağış oğlu Məmmədovdur. MTK-nın paytaxtın Binəqədi rayonunda çoxmənzilli yaşayış kompleksi mövcuddur.
- Sabirabadda avtomobil piyadanı vurub öldürdü
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ata və övladları dəfn olundu - Bir ailənin faciəsi
- Van Dammın heykəlini Vəndama qaytardılar - Fotolar
- Arzumun səhhəti pisləşdi
- 16 uşağın kabusu olan ev... - Dünya bunu danışır+Video
- Bakıda milyonluq yol layihəsi su altında qaldı - Video
- Zərdabda su arxından meyit tapıldı