Qubadlının “Böyük Qayıdış” proqramı çərçivəsində bərpasının əsas mərhələlərini əks etdirən videoçarx yayımlanıb.
BUTA.TV xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 25 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmiş Qubadlı şəhərinin “Böyük Qayıdış” proqramı çərçivəsində bərpasının əsas mərhələlərini əks etdirən videoçarx paylaşıb.
Videoçarxda şəhərin müasir şəhərsalma prinsipləri nəzərə alınmaqla, Baş Plana uyğun olaraq necə inkişaf etdirilməsi göstərilir. Bu proqram çərçivəsində Qubadlının davamlı dirçəlişini təmin edən ekoloji həllər, innovativ texnologiyalar və rahat şəhər mühitinin yaradılmasına xüsusi diqqət yetirilir.
Layihə işğaldan azad edilmiş ərazilərin hərtərəfli bərpasının nümunəsi olaraq, Azərbaycanın davamlı inkişafa və tarixi torpaqların dirçəldilməsinə sadiqliyini təsdiqləyən və gələcəkdə azad edilmiş torpaqları gözləyən firavanlığın rəmzidir.
- Sabirabadda avtomobil piyadanı vurub öldürdü
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ata və övladları dəfn olundu - Bir ailənin faciəsi
- Van Dammın heykəlini Vəndama qaytardılar - Fotolar
- Arzumun səhhəti pisləşdi
- 16 uşağın kabusu olan ev... - Dünya bunu danışır+Video
- Bakıda milyonluq yol layihəsi su altında qaldı - Video
- Zərdabda su arxından meyit tapıldı