Bakıda fəaliyyət göstərən “Hodin Tour” turizm şirkətinin sahibi 1979-cu il təvəllüdlü Musa İsmayılov həbs edilib.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, M.İsmayılov barəsində İraq vətəndaşının şikayəti əsasında Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Musa İsmayılov bir neçə il əvvəl Bakıda qonaq olan İraq vətəndaşı Mohammedlə tanış olub. Onlar birgə iş qurmaq qərarına gəliblər və Musa ona iritutumlu avtobus alaraq birgə turizm işinə baş vurmağı təkif edib. Bu adla o, əcnəbi vətəndaşdan 318 000 ABŞ dolları, yəni 520 200 manat məbləğində pulu hissə-hissə alıb. Lakin daha sonra Musa işin alınmadığını bildirib və İraq vətəndaşının pullarını geri qaytarmayıb.
Azərbaycanlı jurnalistlə müsahibəyə görə erməni kanalı bağlandı - Video
Cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmənin hökmü ilə Musa İsmayılov 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, həbs edilən iş adamının daha əvvəl də başqa dələduzluq əməlləri törətməsi məlum olub.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir