Bakı şəhərinin müasirləşdirilməsi istiqamətində atılan növbəti addım yerüstü piyada keçidlərinin üzlənməsidir.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, 8 Noyabr prospektində aparılan bu işlər sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Diqqət çəkən əsas məqam isə keçidin üzlənməsinin taxta örtüklə həyata keçirilməsi olub.
Bakı Abadlıq Xidmətinin əməkdaşı, rəssam Emin Ələkbərov 8 Noyabr prospektindəki keçidlərin taxta ilə üzləndiyi faktını təsdiqləyib.
"Bunlar xüsusi qurudulmuş vəziyyətdə olan termotaxtalardır. Onlar həm ekoloji, həm estetik, həm də rəng nöqteyi-nəzərdən, yəni rənglərin məkana uyğun seçilməsi baxımından çox uyğundur. Bu termotaxtalar estetik cəhətdən daha müasir və daha dayanıqlıdırlar. COP29-la bağlı çalışmışıq ki, plastik materiallardan uzaq olan üzlük materialları seçək", - deyə E.Ələkbərov qeyd edib.
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda doğum kəskin azaldı - Demoqrafik fəlakət?
- 64 yaşlı kişi Həkəridə batdı
- “AzerGold” heyəti Şəhidlər xiyabanını ziyarət etdi
- Balacanın dama çıxıb etdiyi hərəkət gündəm oldu - Video
- Bu rayonlara yağış yağdı, ildırım çaxdı - Faktiki hava
- II və III qruplar üzrə qəbul imtahanı keçirilir
- Naxçıvan reysində gecikmələr var - AZAL