Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə və rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.
BUTA.TV Yenisabah.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, həmin vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.
Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
- İsrail ordusunda xüsusi bölmə yaradılır
- Muzeydən 9 milyon avroluq rəsm əsərləri oğurlandı
- Husilər 4 şəhərə zərbə endirdi: 73 nəfər xəsarət aldı
- Traktorla toqquşan “KİA” alışdı - 5 nəfər yanaraq öldü+Yenilənib
- “Real” “İnter”i, “Mançester Siti” “Portu”nu məğlub etdi - ÇL-də gecənin nəticələri
- SEPAH-dan xəbərdarlıq: Tankerləri tərk edin, hücum olacaq!
- İran ABŞ-ın sualtı aparatını ələ keçirib? - Foto
- Nikolayevdə güclü partlayışlar baş verdi