Ötən axşam İran Premyer Liqasının 14-cü həftəsinin oyunları çərçivəsində Təbrizin “Traktor” klubu ilə Mazandaranın “Nəssaci” klubunun qarşılaşması olub.
BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Mazandaran əyalətinin Qaimşəhər şəhərinin stadionunda gərgin keçən qarşılaşma 1-1 hesabı ilə başa çatıb.
Bununla da “Traktor” 29 xalla Premyer Liqanın turnir cədvəlində ikinci pilləyə düşüb, rəqib komanda isə 14 xalla 12-ci pillədə qərarlaşıb.
Oyun başlayandan “Nəssaci” azarkeşləri Azərbaycan komandası və azarkeşlərini təhqir edib, meydançaya və “traktor”çular olan cərgələrə yad cisimlər atıblar.
Hakimlər buna etinasız yanaşmasına etiraz edən “Traktor” klubunun baş məşqçisi Draqan İskoçiç və komandanın hücumçusu Mehdi Haşimnejada qırmızı kart verilərək meydandan kənarlaşdırıblar.
Oyun başa çatdıqdan sonra mazandaranlılar stadiondan çıxan azərbaycanlı azarkeşlərə hücum edib, qarşıdurma nəticəsində hər iki tərəfdən onlarla şəxs yaralanıb.
“Traktor” klubu məsələ ilə bağlı Futbol Federasiyasına şikayət məktubu yazıb, klubun çempion olmasına mane olmaq üçün hakimlərin, futbolçuların və Futbol Federasiyasının birləşdiyini deyib.
Meydandan qovulan hücumçu Mehdi Haşimnejad mediaya verdiyi açıqlamada İran klublarının “Traktor”a qarşı münasibətindən təəccübləndiyini bildirib:
“Görünür, “Traktor” çempion olmaq üçün bütün İranla mübarizə aparmalıdır”.
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Fotolar
- Dənizkənarı yolda maşın quyuya düşdü - Video
- Fatimənin qətli: atasından mülklər qalıbmış...
- Qaradağda faciə: başına dəmir düşən kişi öldü
- Deputatdan pensiyalarla bağı mühüm izah