Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
BUTA.TV xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə televiziya və radio yayımçılarının telekommunikasiya peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Audiovizual Şurasına 2,5 milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
- Bazar günü hava necə olacaq?
- Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video