Azərbaycan Hava Yolları QSC (AZAL) təhlükəsizlik və keyfiyyət standartlarına görə dünya miqyasında etibarlı aviaşirkətlərindən biri kimi tanınır.
BUTA.TV xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
"Xüsusilə, təcrübəli pilotların peşəkarlığı və sücayəti bu sahədə böyük əhəmiyyət kəsb edir. Onların çətin anlarda göstərdiyi qəhrəmanlıq Azərbaycan aviasiya tarixində silinməz iz buraxıb", - nazir bildirib.
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Fotolar
- Dənizkənarı yolda maşın quyuya düşdü - Video
- Fatimənin qətli: atasından mülklər qalıbmış...
- Qaradağda faciə: başına dəmir düşən kişi öldü
- Deputatdan pensiyalarla bağı mühüm izah