Qarabağ xanlığının şərq qapısı – Əsgəran qalasını XVIII əsrdə Pənahəli xan öz torpaqlarının şərq sərhədində tikdirib.
BUTA.TV xəbər verir ki, ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə də ölkəmizin ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. O, Şuşanın təxminən 24, Xocalının beş kilometrliyində, Ağdam şəhərinin isə 12 kilometr cənubunda, Qarqarçayın sahilində, dağ döşündə yerləşir.
Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqarçay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdüb. Çay qalanın içindən keçir. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilib, ikiqat daş divarlardan ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-biri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib. Relyefə uyğun olaraq, dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Dağ keçidi ilə müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqların yaratdığı kompleksdən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafiə halqasında birləşən trapesiyaşəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilib. Qarqarçaydan başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirir.
PhotoStock.az-ın əməkdaşları Əsgəran qalasından fotoreportaj hazırlayıblar:
- Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...
- Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
- Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq
- Tramp və Netanyahu Xameneinin öldürülməsi qərarını müzakirə edir
- Ermənistanla buna nail olmuşuq, bu, yaxşı əlamətdir
- Bakıya qarşı təxribat aparan “Lenta.ru”nun rəhbəri niyə dəyişdi?
- Heydər Əliyevin bunu deməyə mənəvi haqqı çatırdı…
- Pezeşkian Azərbaycanla bağlı bu iddianı rədd etdi