Gəncədə dörd avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə şəhərin Fətulla Həsənov küçəsində qeydə alınıb.
"BMV", "VAZ 2107", "NAZ LİFAN" və "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində 29 yaşlı Günay Azər qızı Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı ətrafdakı insanların köməyi ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Gəncə Şəhər Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunublar.
Araşdırma aparılır.
- Atam bizim üçün bunu qoyub getdi - Günay Ağamalı
- Xaricdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə
- Azərbaycanda bəzi ailələrə pulsuz ev veriləcək
- Pensiyalar artımla ödənildi
- Bakıda mebel sexi bağlandı - Foto
- Sürücülərin maşınlarını icazə verilməyən yerlərdə saxlaması... - DYP
- Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər...
- Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video