Azərbaycanın dövlət nümayəndələri və mediası son iki ildə İran İslam Respublikasını və ölkəmizin ali rəsmilərini 200 dəfədən çox təhqir edib. Biz sərhədləri tanıdığımız üçün indiyə qədər böyüklük edərək hörməti saxlamışıq.
BUTA.TV xəbər verir ki, bunu İran parlamentinin Təbrizdən olan üzvü Ruhullah Mütəfəkkirazad X hesabında yazıb.
O, Amulinin əməlindən deyil, ona reaksiyadan “qeyzlənib”:
“Əgər cənab Əliyev adi bir şəxsin səhvinə görə hörməti saxlamasa, qətiyyətlə layiqli cavab verəcəyik!”
Millət vəkilinin paylaşımına təbrizli sosial media istifadəçiləri kəskin reaksiya veriblər.
Qeyd edək ki, Təbrizin üzqarası millət vəkili Azərbaycan dövlət nümayəndələrinin İranın ünvanına təhqir adına bir nümunə belə göstərə bilməz. O ki qaldı mediaya, İran mediası, o cümlədən SEPAH-a yaxın kanallar, “politoloqlar” hər zaman Azərbaycana qarşı ağır ifadələr işlədiblər və bunlara da mətbuat müstəvisində cavab verilib.
Ərdəbilin cümə imamı və Xameneinin yerli nümayəndəsi Həsən Amulinin təşkil etdiyi və dövlət televiziyası vasitəsilə yayılan rəsmi kanalda Azərbaycan və Türkiyə liderlərinin təhqir edilməsinin isə “adi şəxsin səhvi” ilə heç bir aidiyyəti yoxdur. Çünki Amuli adi şəxs deyil, Xameneinin rəsmi nümayəndəsidir, tədbir də dövlət kanalı vasitəsilə yayılıb və təhqir canlı yayımda səsləndirilib – İran dövlət kanalı o təhqiri kəsməyi belə lazım bilməyib.
Bu baxımdan Təbrizin millət vəkili adını ələ keçirən fars nökəri “deputat”ın Amuli və Amulinin məddahının tərbiyəsizliyinə görə üzr istəmək əvəzinə Azərbaycana qarşı hürüşən sürüyə qoşulması bu siyasətin arxasında “kötüklərin” dayanmasından xəbər verir.
Görünür, İrana gələn sel artıq çör-çöpləri yox, kötükləri axıdır.
- Məşhur polkovnikə yüksək vəzifə verildi
- Məcid Xandan Əliyevə: Bu, bizi olduqca kədərləndirdi
- Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var
- Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz - Babacanyan
- İran Azərbaycana qarşı niyə aqressivləşib? - Video
- Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama
- Bakinskinin məhkəməsi: Bakılıyam, tərcüməçi lazım deyil
- Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov