Regional müharibə riski çox realdır, lakin bu, Azərbaycan və Türkiyənin hərəkətlərindən, eləcə də əsas beynəlxalq oyunçuların və İranın reaksiyalarından asılıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Vitali Manqasaryan yerli mediaya müsahibəsində Azərbaycan və Ermənistan arasında son prosesləri şərh edərkən deyib.
O iddia edib ki, əlverişli şərait olarsa, Azərbaycan güc tətbiq edəcək:
“Əminəm ki, Azərbaycan Türkiyə və İsrailin dəstəyi ilə Ermənistan və İrana təzyiqlərini davam etdirəcək. İranda keçirilən hərbi təlimlər və aydın xəbərdarlıqlar Tehranın vəziyyəti diqqətlə izlədiyini göstərir”.
İranın Yaxın Şərqdə - xüsusilə Suriyada məğlubiyyətindən sonra Cənubi Qafqazda Azərbaycan və Türkiyə ilə “razılaşma danışıqlarına” başladığı və hansısa razılaşma müqabilində Ermənistandan vaz keçə biləcəyi haqda sualı isə hərbi ekspert bu cür cavablandırıb:
“Təbii ki, hər şeyin öz qiyməti var”.
- Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan
- Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi
- Tariximizin Zəfər salnaməsi!
- Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
- Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan
- Türkiyə F-16-ları Azərbaycana göndərir
- Paşinyandan Azərbaycan açıqlaması: Bu tarixi hadisədir!
- Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir - Qənbər kimdir?