Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanlığından bayrağı qəbul edən bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.
"Ümid" körpüsündə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.
Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.
Təlimin planına əsasən yaşayış məntəqələrində, çətin relyefli ərazilərdə, dərin qar və şiddətli soyuqlarda müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi nəzərdə tutulub.
- Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...
- Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?
- Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir
- Xankəndidə Şimali Kiprin bayrağının asılması... - Tatar
- Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır
- Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət
- Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...
- Azərbaycanla Pakistan arasında memorandum imzalandı