Ötən gün dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşündə qəbul edilən qərarla bağlı Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyanın açıqlaması diqqət çəkib.
BUTA.TV xəbər verir ki, Abramyan delimitasiyanın Tavuşdan – Ermənistan-Gürcüstan-Azərbaycan sərhədindən başlanmasını rəsmi Bakının diktə etdiyini vurğulayıb.
Onun sözlərinə görə, bu, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi və Bakı bir müddət əvvəl qaytarılan Qazaxın anklav olmayan 4 kəndi ilə bağlı başlayan prosesi davam etdirir. Belə ki, hazırda qəbul olunan prinsiplə Azərbaycanın anklavlarının - Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərinin qaytarılması gündəmə gələcək.
Abramyan qeyd edib ki, bu kəndlər geri qaytarılacağı halda Tavuşun təkcə daxili kommunikasiyanı məhv etməyəcək, həm də Ermənistan-Gürcüstan sərhədinə gedən Tavuş-Baqrataşen yolu Azərbaycan Ordusunun müşahidəsi altına düşəcək.
- Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan
- ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək
- Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır
- Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...
- Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants
- “Gürcü ssenarisi”: Ruben Bakıdadır, Karapetyan seçkiyə girir
- Prezidentin efir məkanı ilə bağlı çağırışı - İbrahimov
- Müəllimlərə ŞAD XƏBƏR: Maaşları bu qədər artırılacaq