Milli Məclisin deputatı Aqil Abbas Ağcabədinin Hindarx kəndinə, faciəli hadisənin baş verdiyi ünvana gedib.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqraf.com-a depuatın özü məlumat verib.
“Hazırda hadisənin baş verdiyi kənddəyəm. Bu gün səhər vəfat edənlərin yas mərasiminə gəlmişəm. Uşaq qumbaranı tapıb evə gətirib, evdə də qonaqları var imiş. Dayısı uşağı oynatmaq istəyib, bu zaman əlindəki qumbaranı alıb. Onun da əlində qüsur olub, tuta bilməyib. Nəticədə qumbara partlayıb, belə faciə baş verib.
İki azyaşlı Bərdənin Əmirli kəndindən qonaq gəlibmiş. Vəfat edən kişinin üç qardaşı qalıb. Anaları sağdır, xəstəxanadadır. Bu gün burada olacam. Bir də səhər başsağlığı verib, Bakıya qayıdacam”.
Qeyd edək ki, yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Ölən və yaralananlar bir ailənin üzvləridir.
- Azərbaycanda ən populyar internet brauzeri...
- Anar Bayramovdan yeni - Təyinat
- Azər Məmmədov Qobustanda vətəndaşları qəbul etdi
- Anar Bayramovdan yeni - Təyinat
- Anar Əliyev Ronald Praysla görüşdü
- Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
- Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
- Vilayət Eyvazovdan mühüm qərar...