AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatda yazılanlar məlumun elanıdır. Təyyarə kənar müdaxilə nəticəsində qəzaya uğrayıb, “quş sürüsü” və “oksigen balonunun partlaması” təsdiqini tapmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Rusiya mediası hesabat barədə məlumat versə də, mətni detallı yaymayıb:
“Rusiya təbliğat maşını yenə diqqəti qəzanın baş vermə səbəbindən yayındırmağa çalışır. Hətta hesabatda yazılanları belə fərqli şəkildə izah edirlər. Belə olan halda Rusiyadan kompensasiya və cinayətkarların cəzalandırılmasını gözləməyə dəyməz”.
- Azərbaycanda ən populyar internet brauzeri...
- Anar Bayramovdan yeni - Təyinat
- Azər Məmmədov Qobustanda vətəndaşları qəbul etdi
- Anar Bayramovdan yeni - Təyinat
- Anar Əliyev Ronald Praysla görüşdü
- Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
- Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
- Vilayət Eyvazovdan mühüm qərar...