Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində beton-bunker tipli hücum xarakterli istehkamlar tikir.
BUTA.TV xəbər verir ki, bu barədə GSSR44 Teleqram kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Naxçıvanın işğalda olan Kərki kəndi istiqamətində də bu tipli istehkamlar tikilir:
“Əraziyə yeni təminat və postlar arasında əlaqə yolları çəkilib, genişmiqyaslı təkmilləşdirmə işləri aparılıb. 4 yeni bunker müşahidə olunur. Ərazidə atəş nöqtələri qazılıb. Naxçıvan istiqamətində bu kimi fəaliyyətlər rəsmi İrəvanın bütün "sülh və normallaşma" siyasətinin saxta olduğunu bir daha sübut edir. Kərki kəndi ilə bağlı danışıqların gözlənildiyini bilən və Azərbaycan ərazi bütövlüyünü sözdə "tanıdığını" bəyan edən Ermənistan rəhbərliyi niyə məhz işğal etdiyi ərazi istiqamətində bu kimi addımları atır?! Qısaca desək, Ermənistan sülhdə maraqlı deyil”.
- Səbirli olun, Putin Əliyevə söz verib, edəcək! - Arkov
- Riyakar rus təbliğatı bununla özünü ifşa edir
- Qəza ilə bağlı ilkin hesabat üzə çıxartdı ki... – Türk ekspert
- Sevinc Heydərovanın lisenziyası ləğv edildi
- Daha 3 şəhidimiz dəfn olacaq - Foto
- İlkin hesabat Rusiyanın iddialarını alt-üst etdi
- Qəzanın ilkin hesabatı: Rus mediası, görün, necə yaydı
- Paşinyan "artsax" bayraqlarını dirəyindən kəsdirir