Komandir və ekipaj üzvləri tərəfindən uçuşa hazırlıq işləri həyata keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında qeyd olunub.
Bildirilir ki, hava gəmisinin komandir, ikinci pilot, baş bort bələdçisi və iki bort bələdçisindən ibarət ekipaj üzvləri uçuşdan qabaq Bakı şəhərində Heydər Əliyev Beynəlxalq Aeroportunun tibb məntəqəsində yoxlanışdan keçiblər.
“Uçuşdan qabaq hava gəmisinə “SILK WAY TECHNICS” şirkətinin texniki heyəti tərəfindən 03:00-da “DEPARTURE CHECK” çərçivəsində baxış keçirilib və saat 03:20-də şəxsi heyət tərəfindən qəbul olunub”, - deyə hesabatda vurğulanıb.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
- GM: Azərbaycan PUА sahəsində regional liderdir!
- Azərbaycanda ən populyar internet brauzeri...
- Anar Bayramovdan yeni - Təyinat
- Azər Məmmədov Qobustanda vətəndaşları qəbul etdi
- Anar Bayramovdan yeni - Təyinat
- Anar Əliyev Ronald Praysla görüşdü
- Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
- Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır