AZAL-ın təyyarəsinin qəzaya uğraması bizim ümumi faciəmiz və üç ölkənin dərdidir. Təyyarə Azərbaycanın olub və təyyarədə Azərbaycan, Rusiya və Qırğızıstan vətəndaşları ölüb.
Bu sözləri BUTA.TV-a beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Vitali Arkov Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ötən gün dərc olunan ilkin hesabatı şərh edərkən deyib.
“Putin ötən ilin dekabrında həmkarı İlham Əliyevə iki dəfə zəng edib, başsağlığı verib, üzr istəyib və mümkün səbəbləri izah edib. Söhbət zamanı vəziyyət ətraflı müzakirə edilib. Bildirilib ki, aviasiya mütəxəssisləri tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən müvafiq qərarlar qəbul ediləcək və təqsiri sübut edilən şəxslər cəzalandırılacaq. İstintaqın ilkin nəticələri yalnız bir gün əvvəl təqdim olunub. Hökumət səviyyəsində onları öyrənmək və həll yollarını hazırlamaq üçün vaxt lazımdır. Gəlin, səbirli olaq. Ölkələrimiz və xalqlarımız arasında münasibətlər səmimidir və mən bunu deməkdən çəkinmirəm – doğmadır. Rusiya isə bilərəkdən Azərbaycana zərər verəcək heç bir iş görməyəcək. İnsan faciəsi zəminində ad çıxarmaq istəyən ayrı-ayrı blogerlərin, siyasətçilərin şəxsi açıqlamaları dövlət siyasəti sayılmamalıdır”, - o bildirib.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Qəza ilə bağlı ilkin hesabat ötən gün yayılıb. Hesabatda təyyarənin Qroznı səmasında kənar müdaxiləyə məruz qalması və ciddi zədələnməsi səbəbindən qəzaya uğradığı təsdiqlənib.
- Gözümlə görmüşəm, Bakı ilə imzalanan sazişdə... - Manukyan
- Ermənilərin Qarabağa qayıdışı barədə İrəvandan açıqlama
- Ermənistanda ordu ilə bağlı qərar – Əliyevin tələbidir?
- Ərdoğanın müavini Naxçıvana gəlir
- Rusiya NATO-nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...
- Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
- Bakı və İrəvan arasındakı sülh bu ölkələr üçün... - Senator
- Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi