Kəlbəcər rayonunun işğal olunması nəticəsində Azərbaycan və Azərbaycan xalqının mülkiyyətində olmuş 17 489 əmlak üzrə 2,2 milyard manatdan artıq maddi ziyan vurulub.
BUTA.TV xəbər verir ki, bunu Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində açıqlayıb.
Belə ki, Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 147 kənddən ibarət Kəlbəcər rayonunun işğal olunması nəticəsində 48 847 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 17 489 ədəd əmlak üzrə 2,2 milyard manatdan artıq maddi ziyan vurulub.
- Ermənilərin Qarabağa qayıdışı barədə İrəvandan açıqlama
- Ermənistanda ordu ilə bağlı qərar – Əliyevin tələbidir?
- Ərdoğanın müavini Naxçıvana gəlir
- Rusiya NATO-nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...
- Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
- Bakı və İrəvan arasındakı sülh bu ölkələr üçün... - Senator
- Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi
- Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri... - Şok fakt