Yeni nazirin alim atası danışdı: O pullar...

01:36 - 8 Fevral 2025 - GÜNDƏM

 Yeni nazirin alim atası danışdı: O pullar...

Oğlum Anar Əliyevin əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmasını çox müsbət qarşılayıram. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm.

BUTA.TV xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında fevralın 7-də əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan Anar Əliyevin atası, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyev deyib.

O, övladının dövlət qulluğunda yüksəlişi tarixinə toxunub: “Oğlum hazırda maliyyə naziri olan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə birlikdə işləyib. Sahil Babayevin başına oyun açırdılar, gördükləri işlərin əleyhinə yazılar yazdırırdılar. Amma onlar öz bildikləri düz yolla getdilər və böyük işlər gördülər. Onlar nazirliyə gələndə pensiya 110 manat idi, indi minimum pensiya 320 manatdır. Bu nailiyyətdir, hamısı da nazirliyin daxili büdcəsi hesabına başa gəlib”.

R.Əliyev bildirib ki, oğluna inamı böyükdür:

Bu xəbər hal-hazırda çox oxunur
Üç uşağı olanlara şad xəbər - Video

“İnanıram ki, Anar Prezident İlham Əliyevin onlara həvalə etdiyi bu xətti davam etdirəcək. Bu heç də asan deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pulu camaatın puludur. O pullar gözbəbəyi kimi qorunmalıdır.

Anarın nazir təyin olunacağı ilə bağlı gözləntim var idi. Amma xəbəri bir saat olar gördüm. Görən kimi də zəng edib Anarı təbrik etdim”.

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 7-də imzaladığı sərəncamla Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. 1980-ci il təvəllüdlü A.Əliyev bu təyinatadək nazir müavini postunda çalışıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol