Bu gün Bakıda banditlər üzərində keçirilən məhkəmə iclasının nəticələrini oxudum və ciddi dəyişikliklərin şahidi oldum. Azərbaycan işi yenidən təsnif edərək, "Ermənistanın Azərbaycanın ərazisində törətdiyi cinayətlər" kimi qiymətləndirib, ittiham olunanlar isə bu ümumi iş üzrə sadəcə müxtəlif epizodların iştirakçılarıdır.
BUTA.TV xəbər verir ki, bu fikirləri erməni bloger İşxan Verdyan deyib.
O qeyd edib ki, Bakının bu addımı Ermənistan və Baş nazir Paşinyan üçün bir çağırışdır:
“Hazırda buna o qədər də əhəmiyyət verilmir, lakin tezliklə bu məsələ özünü göstərəcək və Ermənistanda böyük təlatümlərlə nəticələnə bilər.
Odur ki, bu vəziyyətdə İrəvanın yeganə çıxış yolu — Bakıdakı istintaq beynəlxalq hüquq çərçivəsində aparılarsa, onunla hərtərəfli əməkdaşlıq etməkdir. Bundan başqa, İrəvan ittiham tərəfinə qoşula, Köçəryan, Sərkisyan və digərləri haqqında faktlar təqdim edə, hətta onları Azərbaycana ekstradisiya edə bilər”.
- Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
- Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan
- Türkiyə F-16-ları Azərbaycana göndərir
- Paşinyandan Azərbaycan açıqlaması: Bu tarixi hadisədir!
- Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir - Qənbər kimdir?
- Ermənilər gəlir - İrəvandan anons, Bakıda hazırlıq
- Overçuk Şahin Mustafayevə təşəkkür etdi
- Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi