Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci il Həcc mövsümü zamanı zəvvarlara özləri ilə uşaqları da gətirməyi qadağan edib.
BUTA.TV xəbər verir ki, qərar hər il zəvvarların sayının çoxluğundan yaranan böyük sıxlığı nəzərə alaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub. Bundan başqa, nazirlik Həcc mövsümünün daha rahat təşkil edilməsi üçün zəvvarların təhlükəsizliyinin təmin olunması istiqamətində bir neçə yeni qərar verib.
Nazirlik, həmçinin əlavə edib ki, bu mövsümdə iştirak üçün əsas üstünlük daha əvvəl Həcc ziyarətində iştirak etməyənlərə veriləcək.
2025-ci il Həcc mövsümünə qeydiyyat artıq Səudiyyə Ərəbistanı vətəndaşları və rezidentləri üçün rəsmən açıq elan olunub. Zəvvarlar “Nusuk” tətbiqi və rəsmi onlayn portal vasitəsilə qeydiyyatdan keçə biləcəklər.
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu
- Kamran Əsədovun məhkəməsi keçirildi
- ADY: Ötən il dəmir yollarında 123 təcili tormozlama qeydə alınıb
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi - Foto