Məni Rusiyaya işləməkdə ittiham etmək çox gülməlidir. Elmar Məmmədyarov 5 ildir vəzifədə deyil, görünür, ona görə də məni belə yolla yada salırlar.
BUTA.TV xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu iddia edilən sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib ki, bu ittihamın heç bir əsası yoxdur:
"Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir. Gün ərzində 20 jurnalistə müsahibə verirəm, həmin adamlar bundan narahatdırlar. Məni Moskva ilə əlaqələndirmək üçün heç hir tutarlı səbəb və əsas yoxdur. Mən həm Ukrayna, həm Rusiya, həm də ABŞ-da təhsil almışam. Bu o deməkdir ki, məni bu ölkələrin agenti adlandırmalıdırlar?!"
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan