ABŞ Prezidenti Donald Trampın başlıca məqsədi Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaqdır. Ağ Evin hazırki sahibi üçün münaqişənin həlli vacib deyil, bu mürəkkəb məsələdir. Münaqişənin həlli indiki halda mümkün deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu 12 fevralda ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasında baş tutan telefon danışığı haqda qeyd edib.
O bildirib ki, Tramp atəşkəsə nail olarsa, bu nəticəni özünün uğuru kimi qələmə verəcək:
“Halbuki atəşkəs problemin həlli deyil. Rusiya işğalı tam başa çatdırmayıb, Ukrayna isə ərazilərini azad etməyib. Atəşkəs olarsa, Ukrayna itirdiyi əraziləri geri qaytara bilməyəcək. Bunun mümkün olmadığını Ukraynada anlayırlar. Buna baxmayaraq, Ukrayna ordusunun Kursk istiqamətində nəzarət etdiyi ərazi Kiyevin danışıqlarda əlini gücləndirəcək alətdir. Ukrayna heç zaman işğal altındakı ərazilərin Rusiyaya aid olduğunu hüquqi cəhətdən tanımayacaq, ancaq siyasi reallıqla hesablaşmalı olacaq. Reallıq isə ondan ibarətdir ki, Krım və Donbasın bir hissəsi Ukraynanın nəzarətində deyil. Rusiyanın dağıtdığı şəhər, qəsəbə və kəndlərin bərpasına yüz milyardlarla dollar lazımdır.
Beynəlxalq aləm Rusiya-Ukrayna müharibəsindən yorulub. Müharibənin dayandırılmasına siyasi sifariş var. Müharibə Rusiya və Ukraynanın özündə də yorğunluq əmələ gətirib. Tərəflər mövqe döyüşlərində hər gün xeyli itki verirlər. Müharibə dayandırılsa da, Avropanın tələsik Rusiya ilə əlaqələri bərpa edəcəyini düşünmürəm. Əlbəttə, Avropa ölkələri içərisində, misal üçün, Macarıstan və Slovakiya Brüsseldən Rusiya ilə əlaqələrin tam bərpasını tələb edəcəklər. Ancaq Fransa, Almaniya, Polşa və Baltik ölkələri Rusiya ilə əlaqələrin bərpasına ehtiyatla yanaşacaqlar. Avropa ölkələrinin böyük hissəsi Rusiyanın enerji asılılığından qurtulub. Həmin ölkələrin yenidən Rusiyadan böyük həcmdə neft və qaz alacağını proqnozlaşdırmıram.
Rusiyanın müharibədən qalib çıxması bir çox ölkə kimi, Azərbaycanın da təhlükəsizlik maraqlarına cavab vermir. Rusiya Gürcüstan və Ukraynadan sonra diqqətini ətrafındakı digər dövlətlərə yönəldəcək. Bu səbəbdən Azərbaycan Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməlidir”.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?