Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək, “Sea Breeze” adının yazılması müzakirələrə səbəb olub. Belə ki, həmin istiqamətlərdə yol nişanlarında yalnız qəsəbə adları qeyd olunub, yalnız “Sea Breeze” istisnadır. Üstəlik, “Sea Breeze” - lövhələrdə Azərbaycan dilində olmayan yeganə addır. Daha bir sual isə odur ki, Nardaranda yerləşən “Sea Breeze” adını qəsəbənin adını silmədən yazmaq mümkün deyildimi?
Məsələ ilə bağlı AYNA-dan BUTA.TV-ın sorğusuna cavabda bildirilib ki, məlumat lövhələrinin əsas funksiyası sürücülərə istiqamət vermək və hərəkəti tənzimləmək olduğundan, əsas cəlbetmə məntəqələrini və hərəkət istiqamətlərini göstərmək proritet hesab edilir.
“Lövhələrdə cəlbetmə məntəqəsi olan “Sea Breeze” yaşayış və turizm kompleksi də göstərilib. Bu, həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır. Dünyada da oxşar nümunələr mövcuddur. Adın ingilis dilində yazılmasına gəlincə isə bu, məkanın orijinal adını qorumaq məqsədi ilə edilib. “Sea Breeze” ifadəsi bir ərazi adı olduğu üçün tərcümə edilməyib və lövhələrdə orijinal formada qeyd edilib. Bu cür adlar çox vaxt məkanın orijinal adını qorumaq və tanınmağını təmin etmək məqsədi ilə tərcümə edilmir”, - deyə vurğulanıb.
Nardaran adının silinməsinə isə AYNA-nın cavabı belədir:
“Həmin istiqamətdə Nardaran, Pirşağı, Fatmayı, Goradil, Novxanı və digər ərazi vahidləri mövcuddur və bu adların hamısının eyni anda məlumat lövhələrində göstərilməsi mümkün olmamışdır”.
- Zəngəzur dəhlizi unikal marşrut olacaq... - Nazir
- Xocalıda talanlar bu tarixədək davam edib - Babayan
- Azərbaycanla əlaqələrimiz inkişaf edir - Rusiya
- Əliyev əllərini təcili dezinfeksiya etməlidir
- Bakıda qadın bıçaqla blogerin evinə gələrək onu hədələdi - FOTO
- Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...
- Telefonda icra başçısını təhqir etdi - Cəzalandırıldı
- “İnsana iş imkanı yaradılmalıdır ki, axşam uşağına çörək gətirə bilsin” - SİSTEM ÖZÜNÜ DOĞRULTMADI