Ukrayna darmadağın etdi və sübut elədi ki... – Hərbi ekspert

16:10 - 11 Mart 2025 - GÜNDƏM

 Ukrayna darmadağın etdi və sübut elədi ki... – Hərbi ekspert

Bugünkü PUA hücumu Rusiyaya qarşı həyata keçirilmiş ən böyük ikinci hücumdur. Bu hücum həm Kurskda, həm də Ukrayna ərazisində gedən amansız döyüşlərə bir növ cavabdır.

Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Moskvaya kütləvi hücumu şərh edərkən deyib.

Ekspert bildirib ki, kütləvi hücum gözlənilən idi:

“Ukraynanın mübarizə apardığını qabarıq şəkildə göstərməsi və Rusiyaya bu formada kütləvi hücum həyata keçirəcəyi gözlənilirdi. Rusiya son zamanlar arxayınlaşmışdı ki, Ukraynanın mübarizə əzmi qırılıb. Ancaq Ukrayna ordusu Rusiyanın ürəyinə - Moskvaya kütləvi hücumla nəyə qadir olduğunu göstərdi. Artıq məlumdur ki, Moskva və Moskva ətrafında çox böyük dağıntılar var, həmçinin ölü və yaralalanların sayı artır”.

Bu xəbər hal-hazırda çox oxunur
Kremldən Bakıya ardıcıl jestlər: Nə baş verir?

Ekspert bu hücumu “müharibə taktikası” adlandırıb:

“Uğurlu olub-olmadığı ayrı söhbətin mövzusudur. Ancaq onu deyə bilərəm ki, Rusiya üçün həddən artıq böyük “sürpriz” oldu. Çünki hücumlar çox güclü idi və Rusiyanın hücumun qarşısını tam ala bilmədiyi üzə çıxdı”.

Ü.Cəfərli qeyd edib ki, müharibənin tezliklə bitəcəyi qənaətində deyil:

“Tərəflər arasında razlaşma əldə olunanadək bu tip hücumların intensivliyi də artacaq. Rusiyanın elə bu gün cavab verəcəyi də gözləniləndir. Artıq havalar isindikcə məhdudiyyətlər aradan qalxır və qoşunların dislokasiya yerini dəyişməsi üçün imkanlar yaranır. Tərəflər də qarşılıqlı şəkildə amansız hücumlar həyata keçirməyə davam edəcək”.

Ekspertin fikrincə, Ukraynanın müharibədə hələ də şansları var:

“Peskovun dediyi kimi, Ukraynaya verilən silahlar aylarla savaşmaq imkanı yaradır. Bu gün Ukraynanın hərbi sənaye kompleksi də tam gücü ilə çalışır. Həmçinin Ukraynanın hazırda yeni dronları var: “Rubak”, “Lyutiy”, RD2. Bu dronlar Ukraynaya müharibədə əlavə üstünlüklər verir”.

Üzeyir Cəfərli Rusiyanın son vaxtlar tam qalib kimi görünməsinin çox şişirdildiyini də diqqətə çatdırıb və bildirib ki, Ukraynanı “dəfn etməyə” tələsmək lazım deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol