Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq qaldırılan iddialar geri çəkiləcək.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbayvan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O, Azərbaycanın ötən gün sülh sazişinin mətni üzrə prosesin yekunlaşması bəyanatına istinad edərək vurğulayıb ki, proses bu istiqamətdə irəliləyir:
“Vətən müharibəsindən sonra Azərbaycan Ermənistana qarşı 30 illik işğal, etnik təmizləmə və digər beynəlxalq cinayətlərlə bağlı beynəlxalq məhkəmələrdə dövlətlərarası iddialar qaldırıb. Bu müddət ərzində müxtəlif istiqamətlər üzrə hazırda fəaliyyətimiz davam edir, həmin iddialar müxtəlif mərhələlərdədir. Burada həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, həm Beynəlxalq Ədalət Məhkəməsi, eyni zamanda Beynəlxalq Arbitraj Məhkəməsində proseslər gedir. Son iki il ərzində iki dövlət arasında dövlətlərarası münasibətlərin normallaşması istiqamətində sazişin razılaşdırılması istiqamətində işlər görülüb. Dünən də nazir Ceyhun Bayramov sülh sazişinin 17 maddəsinin razılaşdırıldığını elan etdi”.
AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır — EKSKLÜZİV
E.Məmmədovun sözlərinə görə, Azərbaycanın gözləntisi ondan ibarətdir ki, Ermənistan növbəti mərhələdə öz Konstitusiyasında müvafiq dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarını aradan qaldıracaq:
“Həmçinin bu müddət ərzində münaqişənin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün Azərbaycanla birgə həmin təsisata müraciət edəcək. İddialara gəldikdə, həqiqətən də, sazişin son iki maddəsindən birində tərəflər sülh sazişi imzalandığı təqdirdə tərəflər beynəlxalq məhkəmələrdə bir-birinə qarşı qaldırdıqları iddiaları geri çəkməyi öhdələrinə götürüblər. Bu, hazırkı sazişdə öz əksini tapıb və biz bunu nəzərə almalıyıq. Artıq top Ermənistan tərəfindədir. Biz onların növbəti mərhələdə atmalı olduqları addımları gözləyirik. Hazırda XİN başçılarının görüşü nəzərdə tutulmayıb”.
- Pakistan səfirindən Zəngəzur açıqlaması: Bir neçə seçim...
- BƏƏ prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi...
- Hava limanında taksi 4 dəfə bahalaşdı – AYNA isə hamını ələ salır
- Lavrov təsdiqlədi: Azərbaycan bu müsabiqəyə qatılmayacaq
- Prezidentin Şuşada verdiyi tarixi mesajlar - 15 sentyabr detalı…
- Putini bir müsahibə ilə darmadağın etdi...
- Üç il öncə “yoxa çıxan” nazir Şuşada peyda oldu - Foto
- Avanesyana Xankəndidə terror əmrini kim verə bilərdi?