Ötən gün Azərbaycan Ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 3 dəfə atəşə tutulmasından sonra AB-nin bu ölkədəki missiyası sərhədə patrul göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Vəziyyət sakit və sabit olaraq qalır, qeyri-adi fəaliyyət müşahidə olunmur”, - AB missiyasının vəziyyətlə bağlı bəyanatında deyilir.
Qeyd edək ki, martın 16-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd zonasının cənub-şərq hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə üç dəfə məlumat yayıb.
- Bakıda 177 eskalator yenilənir - Foto
- Bağçalara uşaqların elektron qəbulu başlanılır
- Xalqa və dövlətə xidmət təntənəsi - Fotolar
- Bakının mərkəzində bu yollar tam bağlanır
- Bir və Xəzər Universiteti memorandum imzaladı
- Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi
- Bakının 4 rayonunda su olmayacaq
- “Müqaviləmi yeniləyəndə gördüm ki, müəllim yerinə metallurq yazılıb” - Video