Böhtan atmaqda təqsirləndirilən müğənni Dəniz Əsədova ilə bağlı məhkəmə prosesi keçirilib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Dəniz Əsədova barəsində altı ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Qeyd edək ki, Dəniz Əsədova ilə bağlı Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məhkəməyə müraciət olunub.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində axtarış elan edilib. Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədova ilə bağlı xüsusi ittiham qaydasında daha üç şikayət var.
- Bakının üç rayonunda qaz təchizatı dayandırılır
- Azərbaycan və Niderland arasında mühüm müzakirə
- FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi
- Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya
- Mirzoyan Rubionun müavini ilə görüşdü
- İdmançımız qəzaya düşdü - Anbaan video
- Qazaxda mina partlayışı: xəsarət alan var
- ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir