Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi İnstaqram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağı”nın paylaşılması ölkəmizə qarşı açıq təxribat idi. Bu addım ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönələn hərəkət idi. Məlumdur ki, rəsmi Bakı məsələyə kəskin etiraz etdi və Almaniyanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Almaniyanın səfirinə çox sərt etiraz bildirildi.
Doğrudur, səfir bu paylaşımın texniki səhv olduğunu və artıq silindiyini bildirsə də, bu qəbulolunmazdır. Necə ola bilər ki, Almaniya kimi böyük dövlətin başçısının adından belə bir texniki səhv edilib? Əlbəttə ki, bu inandırıcı deyil. Təbii ki, burada erməni lobbisinin və antiazərbaycançı mərkəzlərin rolu vurğulanmalıdır. Təəssüf ki, Almaniyanın dövlət rəhbərliyi bu qüvvələrin çirkin oyunlarına alət edilir. Əslində, bu hadisə Almaniya dövlətinin adına bir utancdır.
“Texniki səhv” bəhanəsi ilə bu təxribatların üzərindən keçmək mümkün deyil. Əgər bu doğrudan da səhvdirsə, məsul şəxslər cəzalandırılmalıdır. Əks halda, bu səfər Azərbaycan-Almaniya münasibətlərinə mənfi təsir göstərə bilər.
Almaniya Prezidentinin bu paylaşımı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara, davam edən sülh prosesinə tamamilə zidd idi. Bununla yanaşı, Qarabağ bölgəsinin erməni sakinləri barədə fikirlər ifadə olunarkən Azərbaycanın keçmiş işğal edilmiş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına məhəl qoyulmaması ölkəmizə qarşı qərəzli münasibətin daha bir göstəricisidir.
Təbii ki, rəsmi Berlin bu hadisəyə görə Azərbaycandan üzr istməli idi. Əks halda, rəsmi Bakı adekvat addımla ata, Almaniya Prezidentinin ölkəmizə gözlənilən səfəri sual altına düşə bilərdi. Bu gün Azərbaycan güclü dövlətdir və heç bir kənar qüvvələr bizimlə istədikləri formada davrana bilməz. Almaniya tərəfindən rəsmi üzrxahlığın edilməsi də bunun göstəricisidir.
Azərbaycan 30 il davam etmiş münaqişəni hərbi-siyasi yolla həll edib. Bununla da, ərazi bütövlüyümüz və suverenliyimiz, o cümlədən tarixi ədalət bərpa olunub. Azərbaycanda artıq “Dağlıq-Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Bunu hər kəs bilməlidir!
Azərbaycan Qarabağla bağlı beynəlxalq müdaxilə cəhdlərinin qarşısını alıb və öz prinsipial mövqeyini qoruyur. Ermənilərdən çox ermənilik etməyə çalışanlar anlamalıdırlar ki, Azərbaycan Cənubi Qafqazda söz sahibi olan dövlətdir və bölgənin gələcəyini dövlətimiz, Prezidentimiz müəyyənləşdirir. Bizimlə diktə dili ilə, hansısa təxribatlar yolu ilə danışmaq qəbuledilməzdir! Ona görə də, ermənilərə havadarlıq etməyin, keçmişdə qalan məsələlərin yenidən siyasi gündəmə gətirmək cəhdlərinin heç bir mənası yoxdur.
- Manaf Ağayevin oğlu işdən çıxarıldı
- SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?
- Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...