Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin martın 31-də İrəvana, aprelin 2-də isə Bakıya səfəri çərçivəsində paylaşdığı görüntülər Ermənistan ictimaiyyətində gərginliyə səbəb olub.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, Almaniya lideri hər iki şəhərin yüksək ərazidən ümumi mənzərəsini paylaşıb.
İnstaqram sosial şəbəkəsinin hekayə bölümündə paylaşılan videoda İrəvanın köhnə üslubda görüntüsü, müstəqillik dövründə yenilənən, o cümlədən yeni tikilən binaların, obyeklərin nizamsızlığı, qarışıqlığı diqqət çəkib. Lakin Bakının müasir memarlığı, nizamlı və səliqəli görüntüsü maraqla qarşılanıb.
Sosial şəbəkələrin erməni seqmentində əhali iki şəhəri müqayisə edərək İrəvanın mövcud vəziyyətinə görə hökuməti və paytaxtın merini ittiham ediblər. İki şəhərin də bir-birindən kəskin şəkildə fərqləndiyi, son 35 ildə Bakının sürətlə dəyişdiyi və nizamı şəkildə yeniləndiyi, lakin buna rəğmən İrəvanda tamamilə fərqli vəziyyətin müşahidə olunduğu bildirilir.
Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
Ermənilər hazırda hökumətin avropayönümlü siyasəti fonunda sözügedən bölgənin əsas ölkələrindən birinin yeni seçilmiş rəhbərinin səfərinə ciddi hazırlıq görülmədiyini yazırlar. Xüsusilə paytaxtın iddia edildiyi kimi inkişafına çalışıldığı deyil, diqqətdən kənarda qaldığı vurğulanır. Bunun Ermənistan və Azərbaycanın bir prezidentin gözü ilə təqdim edilən formada çox sayda insanlara çatdırıldığı, amma Bakıdan fərqli olaraq İrəvanın imici üçün heç də yaxşı olmadığı bildirilir. Belə ki, sözügedən görüntüləri müqayisə edən istənilən şəxsin Ermənistanda inkişaf posesinin zəif getdiyi və yeniliklərin az olduğu, şəhərin turislər üçün elə də cəlbedici görünmədiyi qənaətinə gələcəyi yazılır. Bu isə İrəvan üçün mənfi nüans kimi qiymətləndirilir.
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək