ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında uzun gözlənilən sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Resursları İdarəsinin baş müşaviri Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü nazirlər görüşündə bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsi Cənubi Qafqaz regionu üçün təhlükəsizlik və rifah dövrünün başlanğıcı olacaq.
"İcazə verin sizi Ermənistanla sülh müqaviləsinin mətni üzərində işin tamamlanması münasibətilə təbrik edim. Prezident Tramp onun imzalanmasını və ratifikasiyasını səbirsizliklə gözləyir. Sabitlik və rəsmi sülh sazişi regionda uzunmüddətli iqtisadi inkişafın təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edir", - deyə Ceykobs bildirib və əlavə edib ki, möhkəm sülh münaqişələr zəncirini qıracaq və Cənubi Qafqazda təhlükəsizlik və rifah dövrünün başlanğıcını qoyacaq.
"Biz sülh və tərəqqi yolunda atdığınız cəsarətli addımı yüksək qiymətləndiririk", - deyə o bildirib.
- Bakıda “zombi şousu”: uşaqlar üçün təhlükəli ola bilər
- İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında
- 200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan
- Belçika möhtəşəm geridönüşlə 1/8 finalda - Yenilənib
- Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Siyahı
- Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü+Yenilənib
- Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından+Foto
- “Üfüqdən o yana baxış...” - Video