Bu yaxınlarda ABŞ hərbi departamentinin əməkdaşları və hərbçilər də daxil olmaqla, amerikalıların böyük bir qrupu Ermənistana gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, səfərin məqsədi Ermənistan-Amerika hərbi əməkdaşlığı üzrə birgə proqramlar üzərində işləməkdir. Mənbə hansı proqramların müzakirə olunduğunu açıqlamayıb.
Nəşr məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə müraciət edib. Ermənistan MN-dən bildirilib ki, daim beynəlxalq əməkdaşlıq haqqında məlumat veririk: “Bu barədə əlavə məlumat verə bilmərik”.
Qeyd edək ki, bundan öncə ABŞ-ın təlim bəhanəsi ilə Almaniyadan 150-dən çox hərbi texnikanı və əsgərlərini Ermənistana köçürəcəyi haqda məlumat yayılmışdı. Bəzi media qurumları isə bu hərbi texnika və canlı qüvvənin sentyabra qədər Ermənistanda qalacağı və İrana qarşı mümkün əməliyyatda istifadə olunacağını bildirmişdi.
Xatırladaq ki, ABŞ-ın danışıqlar uğursuzluğa düçar olacağı təqdirdə İrana sentyabra qədər zərbə endirə biləcəyi iddia edilir.
- Paşinyandan “Tramp yolu” ilə bağlı açıqlama
- Pakistan qırıcıları Bakı səmasında - Video
- Əliyevin bu bəyanatı tarixi hadisədir, cavabımız olacaq!
- Türkiyə yük maşınları Azərbaycana belə gedəcək
- Artıq 1 il 8 aydır sərhəddə heç bir əsgər həlak olmur
- Pezeşkianın bu sözü Türkiyə mediasında yanlış yozuldu
- Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?
- Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?