Ədalət Partiyasının Siyasi Şurasının son iclasında partiyanın IX qurultayının keçirilməsi ilə bağlı prosedurlara start verilib.
BUTA.TV xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Ədalət Partiyanın sədr müavini Mütəllim Rəhimli deyib.
M.Rəhimli partiya sədrliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb.
“Partiyanın qurultayında namizədliyimi irəli sürməyimlə bağlı qərar vermişəm və platformam hazırdır. Eyni zamanda sədrliyə iddialı digər şəxslər də var. İlyas bəyin vəsiyyəti o idi ki, Ədalət Partiyasının yaranmasında xidmətləri olmuş üç nəfər ondan sonra təşkilata sədrlik edə bilər. O, rəhmətlik oğlu Etimad İsmayılovu, Elxan Şükürlü və mənim adımı qeyd edirdi. Təbii ki, bunun da qurultayla mümkünlüyünü vurğulayırdı”.
Qeyd edək ki, Ədalət Partiyasının iclası aprelin 19-da onlayn formatda keçiriləcək.
Xatırladaq ki, Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov 87 yaşında vəfat edib.
- Sabah hava bu insanlar üçün əlverişli olacaq
- Qadını öldürən qonşusu olub – Qətlin detalları...
- Bunu edən şəxslər 8 ilədək həbs olunacaq
- Mübariz İbrahimovun adını daşıyan Mübariz İbrahimov - Foto
- Kamran Əliyev onu Gəncə hərbi prokuroruna müavin göndərdi
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Müştəri ilə dalaşan "Sizin Lombard"ın filial müdiri saxlanıldı
- Bakıda maşınlara qənim kəsilən şəxs saxlanıldı