Adətən vətəndaşlar mənzil alanda seçim qarşısında qalırlar – köhnə yoxsa yeni tikili. Bəziləri köhnə tikililərin daha sağlam və münasib qiymətə olduğunu, yeni mənzillərdə xərclərin çoxluğunu vurğulayır, digərləri isə əksini iddia edir.Hansı mənzilləri almaq daha sərfəlidir?
BUTA.TV xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı açıqlamasında mənzil almağın daha çox zövq və maddi imkanla əlaqəli olduğunubildirib:
“Daşınmaz əmlak seqmentində böyük ölçüdə məbləğ dövr edir. Ona görə də vətəndaşların zövqü və maddi imkanları üst-üstə düşməyə bilər. Bu mənada qiymət məsələsi daha aktualdır. Köhnə tikilidə uzun müddət yaşayan insan yeni tikilinin potensial alıcısıdır. Qiymətlərə gəldikdə isə, köhnə binalardakı mənzillər heç də yeni tikililərdən aşağı deyil. Burada sahə və funksionallıq fərqi mümkündür. Məsələn, köhnə tikilidə 65 kvadrat metrə 3 otaq yerləşdirilibsə, yeni tikilidə əksər konseptlərdə bu, 1-2 otaqlı olur və ya bəzilərində 1 otaqdan 2 otağa düzəldilmədir. Ona görə də bunlar araşdırıldıqdan sonra vətəndaşlar qərar verir”.
Ekspert bildirib ki, son illər Azərbaycanda mənzil tikintisində qiymətlər fantastik şəkildə qalxıb:
“Ekonom sinfə aid olan mənzillərin qiyməti çox bahalaşıb. Eyni zamanda aşağı kvadratda artımlar yuxarı kvadratlarla müqayisədə yüksəkdir. Bu mənada təbii ki, vətəndaşların seçimi də zövqdən çox, qiymətlə bağlıdır. Hesab edirəm ki, ölkədə şəhərsalma tədbirləri sürətləndikcə, tədricən köhnə tikililər sıradan çıxdıqca, vətəndaşların da məcburi qaydada seçimi yeni tikili olacaq”.
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?
- Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı
- Suriya Azərbaycandan kömək istəyir
- Rusiya “sülh göyərçini”nə dönüb: 3 vasitəçilik təklifi və imtina…
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı
- Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər
- Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video