Azərbaycanın lider mobil operatoru Azercell 2-3 may tarixlərində keçiriləcək “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının texnologiya və innovasiya tərəfdaşı qismində çıxış edir.
BUTA.TV xəbər verir ki, tədbirdə yerli və beynəlxalq spikerlərin, o cümlədən yaradıcı sənayenin aparıcı şirkətlərindən peşəkar komandaların iştirakı gözlənilir. Festivalda təqdim olunacaq bütün layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti daxil olmaqla, bu sahənin mütəxəssisləri tərəfindən qiymətləndiriləcək. İki gün ərzində keçiriləcək festivalda tanınmış beynəlxalq spikerlərin çıxışları ilə yanaşı, panel müzakirələri, seminarlar və master-klasslar da yer alacaq.
Festivalın əsas tərəfdaşı olan Azercell tədbirin ilk günündə panel müzakirəsi təşkil edəcək. Müzakirə sağlam həyat tərzinin təşviqi və narkomaniyaya qarşı mübarizə məqsədilə Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə əməkdaşlığı çərçivəsində ötən il həyata keçirilən "Doğru Yol Budur" sosial kampaniyasına həsr olunacaq. Paneldə Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və tanınmış rep ifaçısı Orxan Zeynallı çıxış edəcəklər. Müzakirəyə “Endorphin” kreativ agentliyinin direktoru Orxan Kərim moderatorluq edəcək.
- Qatı duman Bakı–Şamaxı yolunu bürüdü - Video
- Tanınmış həkimə vəzifə verildi
- Azər Mursaqulov kollektivə təqdim edildi
- Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
- İrana aid tarixi əsərlər Çində yoxa çıxdı
- Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar
- Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
- Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı