"Environmental Protection First" (EPF) Koalisiyası Pəmbək (Debed) çayı ətrafında yaranmış ekoloji fəlakətlə əlaqədar bəyanat yayıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bəyanatda qeyd olunur:
“Bu günlərdə “epress.am” informasiya saytının Ermənistanın Axtala və Alaverdi mədənlərinin sənaye fəaliyyəti nəticəsində Pəmbək (Debed) çayı ətrafında zəhərli tullantı sularının toplandığı hövzələrin meydana gəlməsi barədə yaydığı foto və video materiallar növbəti həyəcan siqnalıdır. Təsvirlər ərazidə ekoloji normaların gözlənilməməsi, rekultivasiya tədbirlərinin görülməməsi barədə aydın təsəvvür yaradır. İctimailəşmiş faktlar bir daha göstərir ki, Ermənistanın dağ-mədən sənayesi fəaliyyəti bütün bölgəni təhlükəyə atır. Biz Ermənistanın “İcma Müqaviməti və Töhfə Mərkəzi” QHT-sinin Axtala və Alaverdi mədənləri ilə əlaqədar qaldırdığı məsələni, ətraf mühitin və ərazidə yerləşən yaşayış məntəqələrində insanların sağlamlığının qorunması üçün təşəbbüslərini təqdir edirik.
Yayılmış məlumatlardan aydın olur ki, Alaverdi mədəni ətrafındakı tərkibində arsen olan böyük ərazini əhatə edən tullantı poliqonu Ermənistanda dövlətə məxsus olsa da, ərazidə heç bir tədbir görülmür. Bu faktlar bir daha göstərir ki, Ermənistan hakimiyyəti kobud ekoloji pozuntularla müşayiət olunan dağ-mədən sənayesi fəaliyyətini dayandırmaq niyyətində deyil. Environmental Protection First (EPF) Koalisiyası olaraq, “İcma Müqaviməti və Töhfə Mərkəzi” QHT-sini, “epress.am” informasiya saytının redaksiyasını ərazidə beynəlxalq ekspertiza, monitorinq təşkil etməyə dəvət edirik.
AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır — EKSKLÜZİV
Environmental Protection First (EPF) Koalisiyasının peşəkar mütəxəssisləri Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinqlər keçirməyə hazırdır. Biz Ermənistanın Baş naziri Nikol Paşinyanı bir daha vətəndaş cəmiyyətinin tələblərinə diqqət yetirməyə, Ermənistanın dağ-mədən müəssisələrinin qapılarını Azərbaycan ekoloqları daxil olmaqla, beynəlxalq monitorinq qrupunun üzünə açmağa çağırırıq”.
Qeyd edək ki, bu yaxınlarda “Ermənistan Ekoloji Cəbhəsi” də sosial mediada həyəcan təbili çalıb ki, Ermənistanda Dastakert mədəninin yaxınlığındakı yaşayış məntəqəsi xarabaya çevrilib, burada əhali 30 dəfə azalaraq 200 nəfərə enib. Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələrini araşdıran “Environmental Protection First” (EPF) Koalisiyasının tərtib etdiyi interaktiv rəqəmsal xəritədə göstərilir ki, həmin mis-molibden xammal yatağı “Molibdeny Ashxarh” LLC şirkəti tərəfindən istismar olunub.
- Dumanın deputatı: Azərbaycandan nümunə götürün!
- Pakistan səfirindən Zəngəzur açıqlaması: Bir neçə seçim...
- BƏƏ prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi...
- Hava limanında taksi 4 dəfə bahalaşdı – AYNA isə hamını ələ salır
- Lavrov təsdiqlədi: Azərbaycan bu müsabiqəyə qatılmayacaq
- Prezidentin Şuşada verdiyi tarixi mesajlar - 15 sentyabr detalı…
- Putini bir müsahibə ilə darmadağın etdi...
- Üç il öncə “yoxa çıxan” nazir Şuşada peyda oldu - Foto