ABŞ-ın Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağı bərpa etməsinə mane olur.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın “Nyusmaks” nəşri yazıb.
“Qadağa eyni zamanda Bakının 1,5 milyon mina ilə çirklənmiş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və bərpası səylərini də ləngidir. Bu minalar ölkə ərazisinin 13%-dən çoxunu əhatə edir. Bu, mülki əhali üçün ciddi təhlükə yaradır və sosial-iqtisadi inkişafı əngəlləyir. Bundan əlavə, bu, Vaşinqtonun strateji və mənəvi səhvidir”, - məlumatda bildirilib.
Qeyd edilir ki, bu il Trampın 907-ci düzəlişin fəaliyyətini dayandırmaqla Bakıya yardımı bərpa etmək imkanı olacaq:
“ABŞ-ın Azərbaycana yardımına iki illik qadağanın sona yaxınlaşması ilə Prezident Donald Tramp tezliklə 2026-cı maliyyə ili üçün (2025-ci il oktyabrın 1-dən başlayır) Bakıya yardımı bərpa etmək imkanı əldə edəcək və ya vəziyyəti daha tez düzəldə bilər. Respublikaçıların çoxluq təşkil etdiyi Konqres ona kömək edə bilər”.
Qeyd edək ki, ABŞ-ın Azadlığa Dəstək Aktının 907-ci maddəsi 1992-ci il oktyabrın 24-də erməni lobbisinin təzyiqi ilə qəbul edilib və Azərbaycanın hərbi və maliyyə yardımlarından məhrum edilməsini nəzərdə tutur.
- Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video
- İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video
- Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı
- AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat
- Hədəfdə Araz Ağalarovdur – Proses başladı
- Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı
- Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu
- Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə