Ukraynanın energetika naziri German Qaluşenko azərbaycanlı həmkarı Pərviz Şahbazovla təbii qaz təchizatı imkanlarını müzakirə etdiyini bildirib.
BUTA.TV Teleqraf –a istinadla xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində məlumat verib.
Qaluşenkonun sözlərinə görə, Azərbaycan Avropanın əsas enerji resursu tədarükçülərindən biridir və bu səbəbdən də tərəflər enerji sahəsində əməkdaşlıq məsələlərini gündəmə gətiriblər.
“Ukrayna təbii qazın hasilatı, saxlanması və nəqli sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görür”, –Ukrayna energetika naziri vurğulayıb.
O qeyd edib ki, Azərbaycan qazının Ukraynaya tədarükü məsələsi Avropanın enerji təchizatının şaxələndirilməsi strategiyası çərçivəsində nəzərdən keçirilib.
- Nikah və boşanmaların sayı azaldı
- Elvin Cəfərquliyev zədələndi - İki həftə olmayacaq
- Məşhur yükdaşıma xidməti işçinin pulunu kəsdi
- AMB "Eliko"nun vəzifəli şəxsini cərimələdi
- Aylıq 1%-dən başlayan “Lombard” krediti
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Vergi Xidmətinin vəzifəli şəxsi həbs edildi - Səbəb
- Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı