Rusiyanın Nijni Novqorod şəhərinin hava limanının Polis İdarəsinin rəisi Namiq Musayev qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılıb.
BUTA.TV xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsi N.Musayevin saxlanılmasını təsdiqləyib.
Bildirilir ki, bir qrup vətəndaşın qanunsuz hərəkətlərini nəqliyyat polisinin mühafizə xidmətinin əməkdaşları Federal Təhlükəsizlik Xidməti İdarəsinin Nijni Novqorod vilayəti üzrə həmkarları ilə birgə müəyyən ediblər.
On iki əməkdaşın “sxem”ə cəlb olunduğu, fəaliyyətin bölüşdürüldüyü, bəzilərinin pul qəbul etdiyi, bəzilərinin rəisin qanunsuz əmrlərini yerinə yetirdiyi iddia olunur.
Məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci (sərhədi qanunsuz keçmə) və 286-cı (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə açılıb, N.Musayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
- Nikah və boşanmaların sayı azaldı
- Elvin Cəfərquliyev zədələndi - İki həftə olmayacaq
- Məşhur yükdaşıma xidməti işçinin pulunu kəsdi
- AMB "Eliko"nun vəzifəli şəxsini cərimələdi
- Aylıq 1%-dən başlayan “Lombard” krediti
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Vergi Xidmətinin vəzifəli şəxsi həbs edildi - Səbəb
- Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı