Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın Bakıda həbsdə olan Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanla bağlı təklifini rədd edib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
“Ruben Vardanyanın ailəsi və dostları onun azadlığa çıxması üçün əllərindən gələni edirlər. Nüfuzlu erməni fiqurları Trampın qızının əri ilə əlaqə saxlayıb, danışıqlar aparıblar. ABŞ lideri İrəvanın bu barədə təklifinə müdaxilə etməyə razılaşıb. Bu məsələ Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts vasitəsilə Paşinyana çatdırılıb. Ağ Ev rəhbərinin rəsmi əsasının olması üçün sadəcə bir kağız parçası lazım idi, lakin rədd edilib”, - deyə nəşr bildirib.
“Hraparak” qeyd edib ki, Paşinyan belə bir sənədin Ermənistan–Azərbaycan sülh müqaviləsinin imzalanmasına mane olacağını vurğulayıb.
- Nikah və boşanmaların sayı azaldı
- Elvin Cəfərquliyev zədələndi - İki həftə olmayacaq
- Məşhur yükdaşıma xidməti işçinin pulunu kəsdi
- AMB "Eliko"nun vəzifəli şəxsini cərimələdi
- Aylıq 1%-dən başlayan “Lombard” krediti
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Vergi Xidmətinin vəzifəli şəxsi həbs edildi - Səbəb
- Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı