Ermənistan Xarici İşlər Nazirliyinin ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın 32 kilometrlik Zəngəzur dəhlizinin Amerika şirkətinə 100 illik icarəyə verilməsi təklifini qətiyyətlə rədd edən açıqlama yayımlaması İrəvanın İranın mühafizəkar dairələrini sakitləşdirməsi üçündür.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Tomas Barak sıradan səfir deyil, o, həm də ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsidir:
“Bu baxımdan Tomas Barak Suriyanın keçici Prezidenti Əhməd əş-Şaranın Azərbaycana səfərini diqqətlə izləyib. Tomas Barakı Ağ Ev sahibi Donald Trampla dostluq telləri bağlayır. Səfir böyük ehtimalla Zəngəzur dəhlizi ilə bağlı təklifi Vaşinqtonun təlimatı əsasında səsləndirib. Bunu İranın mühafizəkar dairələri ciddi qəbul ediblər. Ermənistan Xarici İşlər Nazirliyindən fərqli olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi amerikalı diplomatın təklifini rədd edən açıqlama yaymayıb. Bu, İrandakı radikalları daha çox düşündürür. Rəsmi İrəvan da sussaydı, Tehran və Qum bunu İrəvanın ABŞ səfirinin təklifini qəbul etməsi kimi anlayacaqdı. Bundan sonra Tehran-İrəvan əlaqələri əvvəlki kimi olmayacaqdı. Ona görə İrəvan Tehranla Qumu narahat etməmək üçün Vaşinqtonun təklifini qəbul etmədiyini bildirib. Halbuki Zəngəzur dəhlizi ilə bağlı qapalı görüşlərdə müzakirələrin fərqli istiqamətdə inkişaf etdiyini proqnozlaşdırmaq olar. Ermənistan Baş naziri Nikol Paşinyan dəhlizlə bağlı alternativ təklifləri bəri başdan rədd etmir. Azərbaycan üçün isə əsas olan dəhlizə Rusiya və Ermənistanın nəzarət etməməsidir, qalan təkiflər dəyərləndirilə bilər”.
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...
- Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan
- Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi
- Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı
- Tramp Azərbaycandan danışdı: Buna son qoydum...
- Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko