Bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var.
BUTA.TV xəbər verir ki, bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu həcmi artırmağa hazırdır. Prezidentin sözlərinə görə, 2021-ci ildə bu rəqəm 8 milyard kubmetr idi, bu gün isə 13 milyard kubmetrdir:
"Bu, bizim ümumi hasilatımızın və ixracımızın yarısıdır. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır".
Prezident deyib ki, bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir:
"Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur. Genişlənmə üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var. Ona görə Avropa maliyyə institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq başa çatmış bir məsələ olan mövzu yenidən inkişaf etdirilə bilər”.
- Nikah və boşanmaların sayı azaldı
- Elvin Cəfərquliyev zədələndi - İki həftə olmayacaq
- Məşhur yükdaşıma xidməti işçinin pulunu kəsdi
- AMB "Eliko"nun vəzifəli şəxsini cərimələdi
- Aylıq 1%-dən başlayan “Lombard” krediti
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Vergi Xidmətinin vəzifəli şəxsi həbs edildi - Səbəb
- Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı