Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən bütün enerji resursları və logistik marşrutlar Türkiyəyə çatdırılacaq.
BUTA.TV xəbər verir ki, bunu bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar Türkiyə-Suriya qaz boru kəmərinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, hazırda Azərbaycandan elektrik enerjisi Gürcüstan üzərindən Türkiyəyə ötürülür.
“Eyni zamanda Orta Asiyadakı digər enerji mənbələri və logistik imkanlar da Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılacaq”, - deyə o qeyd edib.
A.Bayraqdar əlavə edib ki, Azərbaycanın təbii sərvətlərinin - neft, qaz və elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr paralel şəkildə və koordinasiyalı formada icra olunur:
“Bu istiqamətdə ciddi irəliləyişlər əldə olunub. İndiyədək həyata keçirilən əsas layihələr sırasında Bakı-Tiflis-Ceyhan neft kəmərini, Bakı-Tiflis-Ərzurum qaz boru kəmərini və Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm”, - deyə nazir vurğulayıb.
- Prezident bu DSX hərbçilərini təltif etdi - Adlar
- Onlar ölümündən sonra təltif edildi
- Onlar general-leytenant oldu - Sərəncam
- Prezident onlara ali hərbi rütbələr verdi
- Binədə futbol oynayan 26 yaşlı oğlan öldü
- Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olundu - Fotolar
- Bir-in korporativ süni intellekt yanaşması Ai4-2026-da təqdim olundu
- 2-ci Ay tutulması: Azərbaycanda 32 dəqiqə müşahidə olunacaq