Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın “müharibəni dayandır” təklifinə ona verilən 10 günün bitimini gözləmədən “yox” dedi.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O vurğulayıb ki, Trampa işarə edərək “şişirdilmiş gözləntilər özünü doğrultmadı” deyən Kreml sahibinin məntiqi sadədir:
“Birincisi, Rusiyanın bütün cəbhə boyu hücumu genişləndirdiyi mərhələdə Ukrayna ilə atəşkəs mümkün deyil. İkicisi, ABŞ-ın yeni sanksiyaları Kremli narahat etmir. Elə Trampın özü də son açıqlamalarının birində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinin anonsunu versə də, bunun işləyəcəyinə şübhə ilə yanaşdığını bildirib. Ağ Ev sahibinin bu açıqlaması Putinin “sanksiyalardan qorxmuram” arqumentini gücləndirib. Bu o deməkdir ki, müharibə davam edəcək, paytaxt Kiyev olmaqla, Ukrayna şəhərləri əvvəlkitək bombalanacaq, mülki insanlar ölməkdə davam edəcək”.
Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
Politoloqun sözlərinə görə, Putin cəbhə bölgəsində say üstünlüyündən istifadə etməyə çalışır:
“Digər tərəfdən, Rusiya dron istehsalında geriləməni ortadan qaldırıb. Buna baxmayaraq, Putinin işğal ərazisini genişləndirmək siyasəti Rusiyaya baha başa gəlir. Rusiya hər ay minlərlə hərbçisini itirir, müharibə ölkə büdcəsinə ağır yükə çevrilib, bunu iqtisadi sferaya rəhbərlik edənlər də etiraf etməyə başlayıb. Ancaq nə qədər ki, Putin hakimiyyətdədir, o, Ukraynanı parçalamaq planından vaz keçməyəcək”.
- Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...
- Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
- Malıbəyli və Quşçular qətliamından 34 il ötür
- Qurban Qurbanovun qızının toyudur - VİDEO
- Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanıldı
- Bu ərazilərdə qaz olmayacaq
- Fəzail Ağamalı vəfat etdi
- Bu tibb mərkəzi həkimlərə görə cərimələndi