"Bakı Metropoliteni" QSC iki departament rəisinin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Qurumdan BUTA.TV-a verilən məlumata görə, Bakı Metropoliteninin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli karyerasında yeni mərhələyə başlamaq məqsədilə fəaliyyətini öz ərizəsi əsasında dayandırıb.
Qurumun Təchizat departamentinin rəisi Tərlan Həsənli ilə bağlı yayılan məlumatlar isə həqiqəti əks etdirmir. O, hazırda vəzifəsinin icrasını davam etdirir.
- Prezident bu DSX hərbçilərini təltif etdi - Adlar
- Onlar ölümündən sonra təltif edildi
- Onlar general-leytenant oldu - Sərəncam
- Prezident onlara ali hərbi rütbələr verdi
- Binədə futbol oynayan 26 yaşlı oğlan öldü
- Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olundu - Fotolar
- Bir-in korporativ süni intellekt yanaşması Ai4-2026-da təqdim olundu
- 2-ci Ay tutulması: Azərbaycanda 32 dəqiqə müşahidə olunacaq