2026-cı ildə İcbari Tibbi Sığorta Fondunun (İTSF) büdcə xərclərinin 2 milyard 621,5 milyon manat olması proqnozlaşdırılır. Bu isə 2025-ci illə müqayisədə 10,9% az hesab olunur. Yeni dəyişikliyin tətbiqinin vətəndaşlara necə təsir edəcəyi isə bəzi suallara səbəb olub.
Məsələ ilə bağlı BUTA.TV-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, İcbari Tibbi Sığortanın azaldılmasının səbəbi dövlətin bəzi subsidiyalardan imtina edəcəyidir:
“Hazırda işsiz insanlara, təqaüdçülərə və uşaqlara subsidiya verilir. İndi ola bilər ki, bəzi işsiz insanlara verilən subsidiyalar kəsilsin. Çox güman ki, yeni qərar bununla əlaqəlidir.
Hələlik təqaüdçülər və yetkinlik yaşına çatmayanlarla bağlı belə qərarın verilə biləcəyini düşünmürəm. Çünki bu, tamamilə absurd olardı. Ancaq işsiz insanların sığorta dotasiyası ehtimal edirəm ki, ləğv ediləcək. Əgər dəyişiklik tətbiq olunsa və başqa təkliflər olunmasa, işsiz insanlar ayda minumum əmək haqqının 48%-nə qədər, yəni 192 manat ödəniş etməli olacaqlar.
Bu təklif belədir ki, işləyən insanların ödədiyi sığorta haqqı ilə başqalarının müalicə olunması yəqin ki, hökumət tərəfindən məqbul sayılmır. Əslində bir çox ölkələrdə belə bir praktika var. Ancaq bunun nə qədər sosial ədalət prinsipinə uyğun olduğu təbii ki, suallar yaradır”.
- Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video
- Qubadlının işğaldan azad olunmasından 5 il ötür
- Deputat qızından şok sözlər: Çöllərdə qalmışam... - Video
- Zahid Oruc: Ramiz Mehdiyev intihar etdi...
- Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir
- Azərbaycan BMT ilə mühüm sənəd imzaladı
- Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?
- Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi