Ramiz Mehdiyevin ölkəmizdə dövlət çevrilişi məqsədiylə Moskvaya göndərdiyi iddia edilən məktubun surəti yayınlanıb. Məktubda dövlət idarəçiliyinin yeni modeli təklif olunur. Bu məktubun həqiqi və ya feyk olmasından asılı olmayaraq, seçki, referendum, islahat, hakimiyyət bölgüsü və sair demokratiya atributlarının gen-bol təkrarlanmasına baxmayaraq, təklif edilən model gerçək diktaturaya zəmin yaradan avtoritar hakimiyyət sistemidir.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasətçi İsa Qəmbər qeyd edib.
“Açar cümlə budur: “Qanunverici, icraedici və məhkəmə hakimiyyətinin fəaliyyətinə nəzarət Dövlət Şurası tərəfindən həyata keçiriləcək”.
Bu orqanın seçki yolu ilə formalaşacağı vədi heç kimi aldada bilməz”, - o bildirib.
- Cəlilabadın 12 kəndində qaz olmayacaq
- İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
- Ukraynanın sabiq prezidenti Bakıya gəldi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
- 65 yaşlı kişi Bakıda daş karxanasında öldü
- General Abbasəli Novruzov vəfat etdi