İrəvan Cinayətlər Məhkəməsi 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Ermənistan arasında müharibəni dayandıran razılaşmanın imzalanmasından sonra həmin vaxt Ermənistan parlamentinin sədri olan Ararat Mirzoyanın döyülməsi işi üzrə təqsirləndirilən Torqom Asatryan barədə hökmü elan edib.
BUTA.TV xəbər verir ki, məhkəmə onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, zorakılıq epizodu ilə bağlı MMA çempionu Torqom Asatryan əvvəlcə siyasi fəaliyyətini dayandırmaq məqsədilə Ararat Mirzoyanı öldürməyə cəhddə ittiham olunub. Amma məhkəmə daha sonra ittiham aktını dəyişdirib. Məhkəmə onu kütləvi iğtişaşlar zamanı iştirakçı tərəfindən zor tətbiq etmək, dağıntı və ya yanğın törətmək, əmlakı məhv etmək və ya zədələmək, alovlu silah, partlayıcı maddə və ya cihazlardan istifadə etmək və ya hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərmək ittihamı ilə təqsirli bilib.
- Cəlilabadın 12 kəndində qaz olmayacaq
- İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
- Ukraynanın sabiq prezidenti Bakıya gəldi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
- 65 yaşlı kişi Bakıda daş karxanasında öldü
- General Abbasəli Novruzov vəfat etdi